İnterpress.az “İnterfax”a istinadən xəbər verir ki, hərəkatın Voklüz Departamentindəki nümayəndəsi Kristof Şalenson “Europe-1” radiosuna müsahibəsində bildirib: “Hökumət başçısı kimi general de Vilyenin yeri görünür. Onun nüfuzu var, hökumətin başında onun durması lazımdır”.
Xatırladaq ki, 2014-2017-ci illərdə baş qərargah rəisi vəzifəsində çalışmış P.Vilye Prezident Emanuel Makronla müdafiə büdcəsindəki ixtisarlar da daxil olmaqla müəyyən məsələlərə dair fikir ayrılıqları üzündən istefa vermişdi.
İnterpress.az