Interpress.az-ın məlumatına görə, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları xəbər yayıb.
Məlumata görə, anonim zəng, təyyarə artıq İrkutska yaxınlaşan zaman daxil olub. Təyyarə elə həmin şəhərdə eniş etdikdən sonra sərnişinlər dərhal təxliyə edilib. Avialaynerdə 119 sərnişin və 6 ekipaj üzvünün olduğu bildirilir.
Təyyarədə partlayıcı qurğu tapılmayıb.
Hazırda anonim zəng edən şəxsin kimliyi müəyyənləşdirilir.
Interpress.az