İnsident eyni zamanda Alberta əyalətinin iki şəhərini – Fort Saskaçevan və Edmonotone şəhərlərini əhatə edib.
Edmonotone şəhərinin polis rəisi Rod Knextin sözlərinə görə, dekabrın 30-na keçən gecə üzərində güllə yaraları olan 8 cəsəd aşkarlanıb. Çağırış əsasında yaşayış evinə gələn polis əməkdaşları mənzildə 3 qadın, 2 kişi və 2 uşağın (oğlan və qız) meyitini aşkarlayıb.
Bir müddət sonra polis Эдмонтонe şəhərinin cənub-qərb hissəsində daha bir qadının meyitini aşkarlayıb.
Bundan sonra polisə Fort Saskaçevan şəhərində naməlum kişinin intihar etməsi barədə məlumat daxil olub. Polis onun 8 nəfəri qətlə yetirən şəxs olduğunu bildirir.
İnsidentin təfərrüatları hələlik açıqlanmır (apa).
İnterpress.az