Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1993-cü il təvəllüdlü Elfanə Doldolova dekabr ayının 30-u axşam saat 20:30 radələrində zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 21 yaşlı Elfanə Doldolova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Elfanə Doldolovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az