Türkiyənin tanınmış teleaparıcısı Esra Erol Türk Qızıl Aypara Cəmiyyətinin \”Bağlamada nə var?” sosial layihəsinə dəstək məqsədi ilə tamaşaçılara müraciət edib. Tamaşaçılar 10 dəqiqə ərzində 50 min SMS ataraq 500 min TL pul yığıblar.
Türkiyənin kənd məktəblərində oxuyan uşaqların təhsillərini dəstəkləməyi qarşısına məqsəd qoyan bu kampaniya 1500 kənd məktəbində təhsil alan orta hesabla 300 min şagirdə 1 milyon 500 min ədəd ləvazimat göndərilməsini hədəfləyir. Təkcə, Türkiyədə deyil, dünyada ehtiyacı olanlara dəstək olan Türkiyə Qızıl Aypara Cəmiyyəti 150-ci yubileyi çərçivəsində aparıcı Esra Erolla əməkdaşlıq və Milli Təhsil Nazirliyinin dəstəyilə \”Bağlamada nə var?” adlı sosial layihəyə start verib.
Layihə \”Bağlamada sevgi var, qardaşlıq var, bölüşmək var, ümid var, gələcək var, gözəl sabahlar var\” şüarı ilə ATV-də yayımlanan Esra Erolun proqramında başlayıb.
Türkiyə Qızıl Aypara Cəmiyyətinin başçısı Kərəm Kınık da proqramda iştirak edib.
Beləliklə, Esra Erol proqramını izləyən milyonlarla insan kampaniyaya dəstək olub.
Layihə Türkiyə televiziya tarixində ilkə imza atıb.
Interpress.Az