ATƏT PA Mehman Hüseynovun cinayət işinə xitam verilməsini alqışlayırbackend

ATƏT PA Mehman Hüseynovun cinayət işinə xitam verilməsini alqışlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Azərbaycanın istintaq orqanları tərəfindən Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı alqışlayır.

İnterpress.az xəbər verir ki, bu barədə ATƏT PA-nın prezidenti Giorgi Tseretelinin bəyanatında bildirilir.

“Hüseynova qarşı yeni ittihamların ləğv olunduğuna, mart ayının əvvəlində azadlığa buraxılmasını gözləyə biləcəyinə xoşbəxtəm”, – deyə qeyd edən ATƏT PA-nın rəhbəri Mehman Hüseynova qarşı məhkəmə prosesini izlədiyini, Azərbaycan parlamentindəki həmkarları və hökumət nümayəndələrilə görüşlərində bu məsələyə toxunduğunu, Prezident İlham Əliyevin bu məsələyə şəxsən diqqət yetirdiyini vurğulayıb.

İnterpress.az