Azərbaycanda elektrik avadanlığının istehsalı 3 dəfə artıbbackend

Azərbaycanda elektrik avadanlığının istehsalı 3 dəfə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ildə Azərbaycanda 293,4 mln. manatlıq kompüter, elektron və optik məhsullar, elektrik avadanlığı istehsal edilib.

İnterpress.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2017-ci illə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,5% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 2,5 dəfə artıb.

Bundan başqa, il ərzində 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 62,5%, güc transformatorlarının istehsalı 14,6% artıb, məişət soyuducularının istehsalı 31,2% azalıb.

İnterpress.az