Rusiyanın Kalininqrad şəhərində cinayət törətməkdə ittiham olunaraq axtarışa verilən iki azərbaycanlı Türkiyənin İstanbul şəhərində saxlanılaraq geri təhfil verilib.
İnterpress.az “Report”a istinadən xəbər verir ki, bunlar 1983-cü il təvəllüdlü Rəhimov Rəhim Fuad oğlu və 1985-ci il təvəllüdlü Qurbanov Cavanşir Abbas oğludur.
Onlar quldurluq və adam ölümündə ittiham olunurlar. Hər iki azərbaycanlı artıq Rusiya tərəfinə təhfil verilib.
İnterpress.az