Bakıda itkin düşən şəxs taplıbbackend

Bakıda itkin düşən şəxs taplıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə yanvarın 19-da Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, onun həmin gün saat 20 radələrində “Renault” markalı avtomobili ilə getdiyi bildirilib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyən edilib.

Baş Dövlət Yol Polisi İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirzəyev “Renault” markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində saxlanılıb.

İnterpress.az