Çinli milyarder bəşəriyyətin ən ağır “xəstəliyindən” danışdıbackend

Çinli milyarder bəşəriyyətin ən ağır “xəstəliyindən” danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Alibaba” onlayn alış-veriş saytının təsisçisi, çinli milyarder Cek Ma İsveçrədə Davos İqtisadi Forumunda çıxış edib. Ma xərçəng şişindən daha qorxulu, müalicəsi olmayan xəstəlikdən söz açıb.

İnterpress.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, çinli milyarder şirkətdəki işçilərin hansı keyfiyyətlərinə üstünlük verməsi ilə bağlı aparıcının verdiyi sualı cavablandırıb.

“Mən özümdən ağıllı insanları işə götürürəm. Elə insanlar ki, dörd-beş ilə mənim rəhbərim ola bilərlər. Əgər siz axmaqsınızsa, bu xərçəng xəstəliyindəndə pisdir. Xərçəngi müalicə etmək olur. Amma siz axmaqsınızsa, sizi müalicə etmək mümkün olmayacaq”, – deyə Cek Ma bildirib.

“Alibaba” rəhbəri işəgötürmə zamanı insanların şəxsiyyətinə böyük önəm verdiyini və heç zaman təslim olmayan, düşdüyü çətin şəraitdən gileylənməyən nikbin xasiyyətli insanlara üstünlük verdiyini diqqətə çatdırıb.

İnterpress.az