REAL – Respublikaçı Alternativ Partiyası müxalifətin növbəti mitinqində iştirak etməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.
Bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdə REAL sədri İlqar Məmmədovun çıxışı partiyanın münasibətini cəmiyyətə yetərincə çatdırıb.
Qeyd olunub ki, növbəti mitinqdə iştirak edərək mövqeyin təkrarlanmasına indiki mərhələdə ehtiyac görülmür: “Buna baxmayaraq sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrlərdən istifadə edəcəyik”.
Xatırladaq ki, Milli Şura və bəzi siyasi partiyaların nüyaəndələri yanvarın 26-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakmiyyətinə (BŞİH) müraciət edib. BŞİH hələ ki, müraciətə cavab verməyib.
İnterpress.az