Azərbaycanlı rejissor Elşən Əliyevin “Love of fate” (Taleyini sev) filmi beynlxalq festivalın qalibi olub.
İnterpress.az xəbər verir ki, rejissorun ərsəyə gətirdiyi film “International Open Film Festival’ının (IOOF) “World in Progress” bölümündə ən yaxşı film seçilib.
Qısametrajlı filmdə həyat yoldaşı dünyasını dəyişmiş kişinin azyaşlı övladı ilə birlikdə acınacaqlı həyatından bəhs edilir.
“Love of Fate” filminin baş rollarında gənc yazıçı Sərdar Amin və onun azyaşlı qızı Asiya Amin çəkilib.
Qeyd edək ki, IOFF ABŞ və Banqaladeşin birgə keçirdiyi festivaldır. Cari mövsüm festivalda 105 olkədən 4000-dən çox film iştirak edib.
İnterpress.az