Polşanın sahibkarlıq və texnologiya naziri Yadviqa Emileviç Azərbaycana səfər edəcək.
İnterpress.az xəbər verir ki, məlumatı \”Report\” yayıb. Bildirilir ki, nazirin səfəri bu ilin aprel ayına planlaşdırılır.
Səfər çərçivəsində Y.Emileviç Bakıda keçiriləcək biznes forumda iştirak edəcək.
Onu Polşadan olan biznes nümayəndə heyəti müşayiət edəcək.
İnterpress.az