İnterpress.az xəbər verir ki, Xaçmaz dəmiryolu stansiyasının ərazisində qatarları su ilə təmin edən qurğunun hissələrinin oğurlanmasına cəhd göstərilib.
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının sayıqlığı nəticəsində həmin qurğunu xüsusi alətlə açmağa cəhd edən şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Xızı rayon sakini M.Həmidli olduğu müəyyən edilib.
Araşdırma aparılır.
İnterpress.az