Sumqayıt polisi axtarşıda olan şəxsi yaxalayıb.
İnterpress.az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsi (istehsal məhsullarının saxlanılması, daşınması, satılması və təhlükəsizlik qaydalarının pozulması) ilə axtarışda olan F.Canəliyev saxlanılıb.
Araşdırma aparılır.
İnterpress.az