Komitə Baş prokurorluğa müraciət etdibackend

Komitə Baş prokurorluğa müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il qeydə alınmış pozuntularla bağlı Baş prokurorluğa müraciət edib.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bunu qurumun sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında vurğulayıb.

O bildirib ki, 2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan “Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.

“ Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Azərbaycan Baş prokurorluğuna təqdim olunub, faktlar üzrə araşdırmalara başlanılıb, bir hissəsi üzrə cinayət işləri açılıb”, – o bildirib.

İnterpress.az