Rusiyada ofislərdə işçilərin uşaqları üçün xüsusi otaqlar yaradılması təklif olunur.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsi məlumat yayıb.
Dövlət Dumasında işəgötürənlərin əməkdaşlarının uşaqları üçün ofislərdə xüsusi otaqlar yaratmağa məcbur edilməsini təklif ediblər.
Təşəbbüslə Dumanın İnformasiya Siyasəti Komitəsinin sədr müavini Marina Kim çıxış edib.
Onun sözlərinə görə, belə məkanlar valideynlərə iş və uşaq qayğısını birləşdirməyə, şirkətlərə isə işçi cəlb edərkən əlavə üstünlük əldə etməyə imkan verə bilər.
Deputat bildirib ki, ofislərdə qəhvə və peçenye üçün yerlər olduğu kimi, uşaqlar üçün otaqların da yaradılması məqsədəuyğundur.
Xuraman Etibarlı
İnterpress.az






