Netanyahu: “7 oktyabr” hücumundan əvvəl heç bir xəbərdarlıq almamışambackend

Netanyahu: “7 oktyabr” hücumundan əvvəl heç bir xəbərdarlıq almamışam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Netanyahu 7 oktyabr hücumu ilə bağlı xəbərdarlıqların “uydurma” olduğunu bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu “7 oktyabr” hücumunun ildönümü ərəfəsində Qətər, BƏƏ və Misirin HƏMAS-ın İsrailə hücum hazırlığı barədə onu əvvəlcədən xəbərdar etdiyi ilə bağlı məlumatları təkzib edib.

Netanyahu bildirib ki, heç bir xəbərdarlığı görməzdən gəlməyib, çünki belə xəbərdarlıq almayıb.

O, bu iddiaları “tamamilə uydurma” adlandırıb və məlumatların siyasi məqsədlərlə yayıldığını deyib.

Bununla yanaşı, İsrail mediasında və beynəlxalq mətbuatda Misir və BƏƏ-dən İsrailə mümkün hücumla bağlı əvvəlcədən xəbərdarlıqlar edildiyinə dair məlumatlar yayılıb. Bu iddialar Netanyahu tərəfindən rədd edilir.

Xuraman Etibarlı

İnterpress.az