Fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
İqtisadiyyat Nazirliyindən İnterpress.az-a verilən məlumatda bildirilir ki, səfər çərçivəsində görüşlər keçiriləcək, ölkəmizlə Qaraçay-Çərkəz arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları müzakirə ediləcək.
Nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaq.
İnterpress.az