Zərdabda yol qəzasında 3 nəfər xəsarət alıbbackend

Zərdabda yol qəzasında 3 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün axşam saat 20:00 radələrində, Zərdab – Mollakənd yolunun Zərdab rayonunun Dəliquşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Dəkkəoba kənd sakini, 45 yaşlı Bayraməliyev Sədrəddin Cəllad oğlunun idarə etdiyi VAZ-2106 markalı maşınla, Dəliquşçu kənd sakini 36 yaşlı Soltanov Dəyanət Həbib oğlunun idarə etdiyi VAZ-2106 markalı maşın toqquşub. Nəticədə hər iki sürücü və D. Soltanovun maşınında sərnişin qismində olan 8 yaşlı oğlu Soltanov Həbib Dəyanət oğlu müxtəlif bədən xəsarətləri ilə Zərdab Mərkəzi Rayon xəstəxanasına gətiriliblər.

Xəstəxanadan APA – ya verilən məlumata görə, hər üç yaralıya ilkin tibbi yardım göstərilib, onlar Göyçay Mərkəzi Rayon xəstəxanasına göndəriliblər. Hadisənin baş vermə səbəbi Zərdab Rayon Polis şöbəsində araşdırılır.

İnterpress.az