Qazaxda minik avtomobili, Sumqayıtda isə ev yandıbackend

Qazaxda minik avtomobili, Sumqayıtda isə ev yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax şəhərində vətəndaşa məxsus \”FORD\” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sumqayıt şəhərində, dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 2 kv.m sahədə,1 ədəd televizor və eyvanın qapısı qismən yanıb. Yanğın zamanı mənzillərdən 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az