İnterpress.az xəbər verir ki, Fransada “islamçıları ölkədən qovaq” şüarıyla mitinq keçirilməsinə icazə verilməyib.
Aksiya yanvarın 18-də Parisin mərkəzində, Birja meydanında keçirilməliydi. Etirazçılar sərt antiislam şüarlar seçdiklərindən bunun müsəlman qrupları tərəfindən pis qarşılanacağı və münaqişələrə zəmin yaradacağı ehtimal edilərək ləğv edilib.
Xatırladaq ki, ynvarın 7-də üç nəfər terrorçu satirik jurnalın redaksiyasına hücum edib 12 nəfəri öldürmüşdülər.
İnterpress.az