İnterpress.az xəbər verir ki, Nigeriyanın Qombe şəhərininn bazarın intiharçı terrorçu özünü partladıb. Nəticədə özü də daxil altı nəfər ölüb, azı 11 nəfər yaralanıb.Bu barədə ölkənin Fövqaladə Halların Nəticəllərini Aradan Qaldırılması üzrə komitənin rəhbəri Səid Əhməd Minin məlumat verib.
Şahidlərin sözlərinə görə partlayış elə güclü olub ki, hətta bir neçə kilometr uzaqdan eşidilib. Həəlik heç bir terrorçu qruplaşma bu hadisənin məsuliyyətini üzərinə ögtürməyib. Lakin böyük ehtimalla bu partlayışın da arxasıında ölkədə fəaliyyət göstərən “Boko Haram” terror təşkilatının olduğu deyilir.
Qeyd edək ki, bu islamçı terror təşkilatı ölkədə Qərb üsulu idarəetmənin əleyhinədi və şəriət üsul idarəsini bərqərar etmək niyyətində olduğunu deyib.
İnterpress.az