Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini Natiq Aslanov idarəyə müraciət edərək bildirib ki, o, Rusiya Federasiyasında yaşayan qardaşı Vüqar Aslanovun Dədə Qorqud küçəsində yerləşən mənzilinə baş çəkib.
Bu zaman məlum olub ki, naməlum şəxs və ya şəxslər evin pəncərəsindən içəri daxil olaraq, oradan televizor, mikrodalğalı soba, bir neçə ədəd dəri gödəkcə, 2 min ABŞ dolları məbləğində pul və digər ev əşyalarını oğurlayıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az