İnterpress.az nazirliyin saytına istinadən verdiyi xəbərə görə, yanvarın 16-da saat 18.00 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində yerləşən avtomobillərin təmiri sexinin yaxınlığından keçən qaz borusunda təbii qazın sızması nəticəsində partlayış baş verib.
Nəticədə sexin dam örtüyü uçub, orada olan 3 avtomobilə qismən ziyan dəyib, yanıq xəsarətləri almış şəhər sakinləri Emin İmanquliyev və Azər Məmmədov xəstəxanaya yerləşdiriliblər.
İnterpress.az