Sumqayıtda körpə doğuş zamanı ölübbackend

Sumqayıtda körpə doğuş zamanı ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hadisə şəhərin 2 nömrəli Doğum Evində baş verib. 1998-cil il təvəllüdlü Rəfizadə İradə Samir qızının dünyaya gətirdiyi oğlan uşağı doğuş zamanı ölüb. Ananın yaxınları körpənin ölümündə həkimləri günahlandırır. Meyit müayinə olunmaq üçün Bakıya tibbi ekspertizaya göndərilib.

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdir əvəzi Səkinə Sadıxova ONA-ya faktı təsdiqləyib: \”Ötən gecə 2 nömrəli doğum evində belə bir hadisə baş verib. Həkim Təranə Əzizovanın iştirakı ilə doğuş həyata keçirilib. Uşağın nəşi ekspertizaya göndərilib. Ekspertizanın rəyindən sonra ətraflı məlumat veriləcək. Hazırda körpənin hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil\”.(ona)

İnterPress.az