Kiyevdə Cənub körpüsü yaxınlığında metro qatarı hərəkətdə olarkən PUA zərbəsi baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Kiyevdə Cənub körpüsü yaxınlığında metro qatarı körpüdən keçərkən pilotsuz uçuş aparatı zərbə endirib.
Bildirilir ki, PUA yol hissəsinin yaxınlığındakı qoruyucu səddə toxunub.
Partlayışdan sonra sərnişinlər vaqonda tüstü yarandığını və havalandırma sistemindən kül töküldüyünü bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az






