Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdıbackend

Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Nizami rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata görə, 30 yaşlı Heydərova Leyla Emin qızı mayın 11-də 07:00 radələrində rayonun Rüstəm Rüstəmov küçəsində yerləşən 35 saylı yaşayış binasının səkkizinci mərtəbəsindən özünü atıb.

Məlumata görə, intihardan əvvəl L.Heydərova iki azyaşlı uşağını keçmiş qayınanasının yanına aparıb. Daha sonra evə qayıdıb və özünə qəsd edib. Qadının bu yaxınlarda ərindən boşandığı bildirilir.

Faktla bağlı rayon prokurorluğunda istintaq aparılır.

Boşanmanın Heydərovanın psixi vəziyyətinə təsir etdiyi ehtimal edilir.

İnterPress.Az