Tanınmış şərqşünas alim,millət vəkili Gövhər Baxşəliyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də sessiyanın işində fəal iştirak edib.
Təşkilatın Yekun Bəyamnaməsinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətindən millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək dünyada baş verən son hadisələrə münasibətini bildirib. Fransadakı son terror hadisəsindən sonra dünyada daha da artan anti-İslam əhval ruhiyyəsi və bunun müsəlman dünyasında illər uzunu sürən qlobal savaşlar, işğalçılıq, bölücülük, beynəlxalq hüquqla daban-dabana zidd olan layihələrlə açıq və gizli bağlılığı barədə danışan natiqin çıxışı diqqətlə dinlənilib. \”Guya siz-azadlığını müdafiə edən Avropanın \”1915-ci ildə Türkiyədə soyqırımı olmamışdır\” deyənlərə cəza tətbiq etməsi hansı məntiqə söykənir?
ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa terroru dövlət siyasətinə çevirmiş Ermənistanın işğalçılığına nədən \”dur!\” demir?
İllər uzunu davam edən terror əməllərinin qarşısını almaq, zorakılığa məruz qalmış bir milyon Azərbaycan insanının hüquqlarının qorunması istiqamətində nədən heç bir iş görmür? Parısdə öldürülənlər kimi Qarabağda, Xocalıda, Suriyada, İraqda, Əfqanıstanda, Fələstində öldürülənlər, Türkiyədə terror qurbanı olanlar, Kıprısda, Kırımda hüquqları tapdalanan müsəlmanlar da insandır axı… Nədən bu məsələlərdə səsi çıxmayan və ya münaqişələrin dərinləşməyində maraqlı olan qüvvələr növbə özlərinə çatanda bütün dünyanı ayağa qaldırmağa çalışırlar. Beynəlxalq Təşkılatlar öz prinsiplərini qoruya bilmir, böyük güclər ikili standartlarla, qərəzlə ancaq özlərinə sərf edən siyasəti dəstəkləyirlər. Bir milyard yarım insan \”mənim müqəddəs kitabıma toxunma, peyğəmbərimi təhqir etmə deyirsə\”, xahiş və tələb edirsə və bir ovuc cahil bu insanların inancına sayğı göstərmirsə bunun sızin azadlığınıza nə aidiyyəti?Bu əsil vandalizmdir…\”
Daha sonra Sabir Rüstəmxanlı sessiyada təəssüf ki , indiyə qədər heç bir müsəlman ölkəsinin dilə gətirmədiyi bir neçə başqa problemə də toxundu. Doğu Türküstan məsələsindən danışan millət vəkili ,\”Biz islam dünyasının Qərbdə üzləşdiyi problemlərlə yanaşı Şərqi də unutmamalıyıq. Dünyanın gözünün qarşısında Çin ağlasığmaz bir vəhşiliklə bütöv bir müsəlman-türk xalqını məhv etməkdədir.Uyğur xalqı Mərkəzi Asiyada islamı ilkin qəbul edən yüksək mədəniyyət sahibi olan bir xalqdır. Geniş ərazisi , çox böyük təbii sərvətləri olan Doğu Türküstan öz etnik varlığını, dilini, adət-ənənələrini məhz İslam dini sayəsində qoruyub saxlaya bilib. Təkcə Kaşqar şəhərində 1500 məscid var. Çin bu xalqa müsəlman kimi yaşamağı qadağan edir. Namaz qila, oruc tuta. bilməz.Əzan oxunmur, məscidlər bağlanıb. Bu din və vicdan soyqırımı qarşısında dünya susur, lakin biz susa bilmərik. Doğu Türküstan müsəlmanlarını müdafiə etmək müsəlman olaraq bizim borcumuzdur və yekun Bəyannamədə uyğur türklərinin faciəsini bütün dünyaya bir daha xatırlatmalıyıq\”, söyləyib.Daha sonra S. Rüstəmxanlı qarşılarında duran böyük problemlərin həlli üçün İslam ölkələri arasında birlik və bərabərliyin güclənməsinin, bu ölkələrdə demokratiyanin, hüququn aliliyinin, ədalətin, haqqın, halallığın bərqərar olmasının, millətləri şəxsi və ailə maraqlarına qurban verən diktatorluqlara son qoyulmasının zəruriliyi, bu ölkələrinin İslam adına layiq bir şəkildə idarə edilməsi və inkişafının qaçılmazlığı məsələlərini də vurğulamışdir…
Bundan əlavə Əməkdaşlıq təşkilatının Humanitar, Hüquq, Sivilizasiyalar və Dinlərarası dialoq Komitəsinin yanvarın 18-də keçırılən yığıncağına sədirlik etmiş Azərbaycan nümayəndə heyətinin başçısı Gövhər Baxşəliyeva da İslam dünyası ətrafında cərəyan edən oyunlar, İslamı qəsdən terror qurumları ilə bağlamaq cəhdləri, Beynəlxalq təşkilatların müsəlman ölkələrdəki münaqişələrin həllində maraqlı olmamaları, hadisələrə ikili standartlarla yanaşmaları barədə Azərbaycan respublikasının rəsmi mövqeyinin də ifadə olunduğu məruzə ilə çıxış edib.O, sessiya çərçivəsində keçirilən Müsəlman Qadınları Konfransında da İslam aləmində qadinların problemlərı barədə danışıb.
Sessiyanın ayın 20-də keçirilən yığıncağını isə giriş sözü ilə Türkiyə Böyük Millət Məclisinin genəl Başqanı Sayin Cəmil Çiçək açıb.Və həmin gün İƏTPİ 17-ci sesiyasının İşçı Proqramı və Gündəliyi təsdiq edılib, İƏTPİ Baş katibinin, İcraiyyə Komitəsinin məruzələri dinlənilərək sessiyanın işi yekunlaşdırılıb.
İnterpress.az