ŞOK açıqlama: “Qərb Putinin devrilməsinə nail olmaq istəyir”backend

ŞOK açıqlama: “Qərb Putinin devrilməsinə nail olmaq istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Qərbdə Putini Ukrayna ilə münaqişədə tərəf kimi göstərməyə, onu beynəlxalq siyasətdə təcrid etməyə, öz maraqlarından irəli gələrək Rusiyanı iqtisadi yolla boğmağa, Putinin devrilməsinə cəhd göstərirlər.

Bununla yanaşı ondan qonşu ölkədəki münaqişənin tənzimləməsini tələb edirlər\”, – Peskov Rusiyanın \”Arqumentı i faktı\” nəşrinə müsahibəsində deyib.

Çərşənbə axşamı Moskvada Amerikanın Ticarət Palatasının üzvləri qarşısında çıxış edən ABŞ səfiri ölkəsinin siyasətinə aydınlıq gətirib. John Tefft deyib ki, ABŞ siyasəti və o cümlədən sanksiyalar, Moskvanı Ukrayna ilə bağlı tutduğu mövqeni dəyişdirməyə məcbur etmək məqsədini daşıyır.

\”Biz Rusiya hökumətini yox, onun siyasətini dəyişdirməyə çalışırıq\”, – Interfax agentliyində səfirin çıxışından iqtibas gətirilir.

\”[Putinin devrilməsinə] maraq yoxdur, çünki mərkəzi nəzarəti itirmiş Rusiya Qərb üçün dəhşətdir. Qərbin Putindən istədiyi yeganə şey odur ki, o, beynəlxalq normalar çərçivəsində, layiqli davransın\”, – politoloq Mixail Qlobaçev hesab edir.

Onun sözlərinə görə, Rusiya prezidenti Ukrayna şərqindəki separatçıları dəstəkləməkdə davam edərsə Qərblə münasibətlər də korlanmaqda davam edəcək. Lakin Rusiyanın çökməsini istəməyən ABŞ və Aİ \”bu məsələdə çox ehtiyatlıdırlar\”.

Peskovun sözlərinə görə Ukraynadakı hadisələr beynəlxalq əlaqələr və \”bir çox cəhətdən beynəlxalq diplomatiyadan maskaları çıxarıb\”.

Rusiya rəsmisi deyib ki, Putin Merkelin çağırmadığı “Boyük Yeddilər” sammitinə heç də dəvət gözləmir və bu zirvə görüşü formatının məqsədəuyğun olması belə suallar doğurur.

Bununla yanaşı Peskov deyib ki, Ukrayna böhranı olmasa da Qərb Rusiya ilə əlaqələri çətinləşdirib, korlamaq üçün bəhanə tapacaq idi.
\”Əminəm ki, Qərb bizdən heç bir zaman əl çəkməyəcək. Və məsələ Krımla Ukraynada deyil\”.

Bundan əvvəl konqresə müraciətində Barack Obama \”Amerikanın güclü və müttəfiqlərilə bir olduğunu\” deyərək zəif iqtisadiyyata malik olan Rusiyanın Krım ilhaqı və Ukrayna şərqindəki separatçılara dəstəyinə görə təcrid edilmiş vəziyyətdə qaldığını bildirib.

Bu bəyanatı şərh edən Rusiyanın xarici işlər naziri deyib ki, ölkəsini təcrid etmək cəhdləri nəticə verməyəcək.

\”Rusiyanın təcrid edilməsinə dair çağırışlar səslənir, xüsusən bunu Barack Obama bəyan edib\”, – illik mətbuat konfransında Sergey Lavrov bildirib.

\”Prezident Vladimir Putin deyib ki, Rusiya heç vaxt özünütəcrid yolunu tutmayacaq\”.

Sergey Lavrov deyib ki, Donbas regionundakı münaqişənin həlli yalnız Ukrayna ərazi bütövlüyünün təmin edilməsi çəriçivəsində mümkündür.

Rusiya diplomatının sözlərinə görə, Moskva Ukraynanın şərqində atəşkəsə nail olmaq istəyir.

Kreml dəfələrlə bildirib ki, onun rəsmi mövqeyi Ukrayna ərazi bütövlüyünə dəstək verməkdən ibarətdir.

İnterpress.az