Əgər qanun qəbul olunarsa, İngiltərədə bütün siqaret markaları tütünün ziyanı barədə yazı və şəkillərin olduğu eyni tip qutularda satılacaq.
Parlamentin bu qanun layihəsinə “hə” deyəcəyi təqdirdə sənəd 2016-cı ildə qüvvəyə minəcək. Siqaret əleyhdarları hökumətin bu qərarını dəstəkləyiblər. Rəsmi məlumatlara görə, hər il təkcə İngiltərədə (Ules, Şimali İrlandiya və Şotlandiya xaric) azı 80 min adam siqaretdən dünyasını dəyişir.
İnterpress.az