Ukrayna Müdafiə Nazirliyi ordunun Donetsk hava limanını tərk etməsi barədə məlumatları təkzib edib. Nazirlik aeroport ətrafında şiddətli döyüşlərin davam etdiyini açıqlayıb: “Bəzi binalar və hava limanı ərazisinin bir hissəsi Ukrayna hərbçilərinin nəzarətində qalır”.
Açıqlamada bildirilir ki, yanvarın 21-də 20 Ukrayna əsgəri terminalı tərk edib, çünki onlar mövqelərinin dağıdılması nəticəsində açıq atəş altında qalıblar. Nazirlik aeroport ərazisində son sutka ərzində 6 hərbçinin həlak olduğunu bildirib. Bundan başqa, 16 yaralı əsgər separatçılara əsir düşüb.
Qeyd edək ki, Donetsk hava limanı ətrafındakı bir neçə kənd Ukrayna ordusunun tam nəzarətindədir.
İnterpress.az