İnterpress.az dünya mediasına istinadən xəbər verir ki, Misirin keçmiş prezidenti Hüsnü Mübarəklə yanaşı onun iki oğlu da dövlət malını sui-istifadə etmələri ittihamı ilə həbs edilmişdi.
Xatırladaq ki, devrilmiş prezident may ayında prezident köşklərinə təsis edilmiş fonddan 174 min dolları mənimsədiyi üçün 3 il ağırlaşdırılmış həbs cəzası almışdı.
Oğulları Ala və Camal Mübarək isə eyni iddia üzrə 4 il həbsə məhkum edilmişdi.
İnterpress.az