Gəncədə zəncirvarı qəza baş veribbackend

Gəncədə zəncirvarı qəza baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə yanvarın 22-də şəhərin Nəriman Nərimanov prospektində baş verib. Prospektlə yüksək sürətlə hərəkət edən “Mersedes” markalı avtomobil üç “Mercedes”, “QAZ 24”, “Hyundai” və “Wolksvagen” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da avtomobillər ciddi zədələnib. Maşınlardan bir neçəsi yararsız hala düşüb.

Məlumata görə, qəzanı törədən sürücü 1963-cü il təvəllüdlü Alıyev Rövşən sərxoş olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır.

İnterpress.az