İnterpress.az xəbər verir ki, bu yeni qatar yolu sayəsində iki şəhər arasında yol 5 gündən 2 günə enəcək.
Çinin inşa etmək isədiyi qatar xətti dünyada ən bahalı və ən uzun proyekt sayılır. Çinin sosial media şəbəkəsi sayılan “Weibo”da yayılan məlumata görə, Moskva ilə Pekin arasındakı 7 min km-lik qatar xətti Qazaxıstandan keçəcək. Çin rəsmiləri 242 milyard dollara başa gələcək dəmir yolunun Asiya ilə Avropa arasındakı əlaqəni asanlaşdıracağını deyirlər.
“Bloomberg” agentliyinin xəbərinə görə, Çin eyni zamanda Rusiya bazarını da istifadə edərək sürətli qatar texnologiyasını yaymaq istəyir. İki ölkə 2014-cü ilin oktyabrında sürət qatarı barədə razılığa gəliblər.
İnterpress.az