AKP-nin namizədi: “Öcalan televiziyaya çıxsın”backend

AKP-nin namizədi: “Öcalan televiziyaya çıxsın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Öcalanın ev dustaqlığına buraxılması və televiziya ilə seçicilərə müraciət etməsini istəyib. AKP-dən millət vəkili seçilmək istəyən keçmiş nazir bunu Öcalanın 15 fevralda silahlardan imtina ilə bağlı çağırışına münasibət bildirərkən deyib.

Tansu Çillər hökumətində nazir vəzifəsini tutmuş Ensarioğlu Öcalanın ev dustaqlığına buraxılmasının vacibliyini bildirib. Hökuməti belə bir qərar verməyə çağıran gələcək namizəd PKK liderinin televiziya ilə çıxışının daha yaxşı effekt verəcəyini vurğulayıb.

“Televiziyada Abdullah Öcalan danışmalıdır. Ayda bir dəfə çıxıb seçiciyə müraciət etməlidir. Çünki DBP-nin aldığı səslərin 90 faizi məhz Öcalana görə verilir” deyə o vurğulayıb.

Xatırladaq ki, bir dönəm millət vəkili də olan Ensarioğlu Diyarbəkirdə dünyaya gəlib. Lisey məzunu və 11 uşaq atasıdır.

İnterpress.az