Müsavatın Tovuz təşkilatı hələ fəaliyyətini bərpa etməyibbackend

Müsavatın Tovuz təşkilatı hələ fəaliyyətini bərpa etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiyanın Divan üzvü Razim Əmiraslanlının İnterpress.az-a verdiyi məlumata görə, hazırda partiya üzvləri, fəalları ilə danışıqlar aparılır: “Orda Müsavatın ideoloji xəttinə sadiq olan kifayət qədər üzvlərimiz var. Yaxın həftələrdə yığıncaq keçiriləcək və rayon təşkilatının fəaliyyəti bərpa olunacaq. Artıq bu məsələ partiya rəhbərliyinin nəzarətindədir”.

R.Əmiraslanlının sözlərinə görə, müsavatçılar özləri təşkilatı bərpa edəcəklər: “Biz araşdırdıq, orda heç bir kütləvi istefa olmayıb. Ancaq rəhbərliyə daxil olan şəxslər istefa veriblər. Yaxın zamanda keçiriləcək toplantıda təşkilata yeni sədr seçiləcək”.

Elnarə
İnterpress.az