12 yaşlı qız uşaq dünyaya gətirdibackend

12 yaşlı qız uşaq dünyaya gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, hamilə qalan 12 yaşlı qız yerləşdirildiyi Tbilisidəki Birinci Universitet Klinikasında uşaq dünyaya gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Birinci Universitet Kilinkası təsdiqləyir.

Həkimlərin dediyinə görə, yeniyetmə qız uşağı dünyaya gətirib və vəziyyəti stabildir. Azyaşlı qız Rustavidən Tbilisiyə bir neçə saat əvvəl aparılıb.

Əldə edilən məlumata görə, 7-ci sinif şagirdi azyaşlı sevgilisindən hamilə qalıb. Uşağın atasının 16 yaşlı yeniyetmə olduğu məlum olub.

Daxili İşlər Nazirliyi faktı seksual xarakterli cinayət kimi araşdırır.

Yeri gəlmişkən bildirək ki, oxşar hadisə 6 il əvvəl İngiltərədə baş versə də, məlumatı ötən həftə dünya ictimaiyyətinə yayılıb. Belə ki, hazırda 19 yaşı olan Oliviya Rouz 13 yaşında olarkən sevgilisindən hamilə qalıb.