“Expedition” brendinin yaradıcısı 58 yaşında VƏFAT ETDİbackend

“Expedition” brendinin yaradıcısı 58 yaşında VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Expedition” brendinin təsisçisi Aleksandr Kravtsov vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Expedition” brendinin yaradıcısı və “Ruyan” şirkətinin təsisçisi Aleksandr Kravtsov 58 yaşında xərçəngdən vəfat edib.

O, qaraciyər xərçəngindən əziyyət çəkirdi. Xəstəlik bu yaxınlarda dördüncü mərhələdə aşkarlanıb və cəmi bir neçə gün əvvəl diaqnoz qoyulub.

Kravtsov xəstəxanaya yerləşdirilib və testlər qaraciyərin zədələnməsini göstərib, lakin müalicəyə başlanmayıb.

O, Moskvadakı evində yuxuda olarkən vəfat edib.

1995-ci ildə Kravtsov və tərəfdaşları “Ruyan” şirkətini təsis ediblər. Müxtəlif dövrlərdə şirkət Raptor, Mosquitall, Gardex, Salton və Forester kimi tanınmış brendlərlə əlaqələndirilib.

Xuraman Etibarlı

İnterpress.az