Ermənistanın eks-prezidentindən sərt tənqidbackend

Ermənistanın eks-prezidentindən sərt tənqid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan dramın kursunun aşağı düşməsini şərh edərkən deyib.

O qeyd edib ki, bu son beş ildə ikinci belə hadisədir: “Problemləri geosiyasətin üstünə atmaq çox asandır. Rusiya iqtisadiyyatının 1998-ci ildəki defoltu bundan da pis idi. Rusiya iqtisadiyyatı o zaman 6% aşağı düşmüşdü. Rubl isə dollara nisbətən inidikindən də pis, 3 dəfə dəyər itirmişdi. Hazırda Rusiyanın qızıl ehtiyatı var ki, defolt olmaqdan qoruyacaq.O zaman buna baxmayaraq dram stabil qalmışdı. Baxmayaraq ki, Ermənistan iqtisadiyyatı və bank sistemi daha zəif idi”.
Köçəryan xarici amillərin rolunu inkar etməsə də bunun əsas olmadığını vurğulayıb.

İnterpress.az