Kral vəhabi qaydalarına uyğun dəfn olunur – CANLIbackend

Kral vəhabi qaydalarına uyğun dəfn olunur – CANLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Əl-Riyadda təşkil edilən dəfn mərasimində dünyanın bir çox ölkələrinin yüksək rütbəli dövlət məmurları, din xadimləri iştirak edir.

Kral vəhabi qaydalarına uyğun olaraq adsiz məzarda dəfn olunacaq. Buna görə də ölkədə rəsmən yas elan edilməyib. Üzərində kəlmeyi-şəhadət yazıldığına görə Səudiyyə Ərəbistanının bayrağı yarıya qədər endirilməyib.

Axşam namazından sonra kral ailəsinin digər üzvləri, vəhabi imamlar, tayfa liderləri, iş adamları yeni krala sədaqət andı içəcək.

Artıq bu dəqiqələrdə kralın cənazəsi paytaxtdakı İmam Türki bin Abdullah məscidinə aparılıb.

İnterpress.az