Goranboyda ağır qəza: 1 ölü, 4 yaralıbackend

Goranboyda ağır qəza: 1 ölü, 4 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Qızılhacılı kəndində Saatlı rayon sakini Seyfəddin Mehrəliyevin idarə etdiyi “Opel” və Xocalı rayon sakini Mübariz Əhmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Yanvarın 22-də saat 17 radələrində baş verən hadisə zamanı 5 nəfər xəsarət alıb. Belə ki, hər iki sücürü və M.Əhmədovun sərnişinləri – Əlövsət Abdullayev, onun arvadı Əzizə və oğlu İntiqam xəstəxanaya yerləşdiriliblər.

Yanvarın 23-də isə Ə.Abdullayeva orada ölüb.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

İnterpress.az