İnterpress.az xəbər verir ki, ABŞ-la Kuba arasında 53 ildir kəsilən münasibətlərin yenidən canlandırılması üçün məşhur inqilabçı Çe Gevaranın qızından da dəstək gəlib.
Kanadanın Vankuver şəhərində atasının şərəfinə təşkil olunacaq Beynəlxalq Çe Gevara konfransına gələn Aliyeda Gevara Kuba ilə ABŞ-ın yaxınlaşmasına sevindiyini deyib. “Olanların üstündən çox illər keçib. Atam sağ olsaydı görüşmələrə razılıq verərdi”.
Hörmət, dəstək və dostluğun onun üçün böyük önəm daşıdığını deyən A.Gevara bunun iki ölkə arasındakı münasibətlərdə ana xətt olmasını istədiyi deyib.
İnterpress.az