Antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlanıbbackend

Antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AQTA-dan İnterpress.az-a verilən məlumata görə, qanunsuz fəaliyyət göstərən sexə baxış zamanı məlum olub ki, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədən “saçaqlı pendir” istehsal olunur.

Sexdə heç bir soyuducu sistemdən istifadə edilmədiyi, istehsalatda laborator analiz, plasterilizasiya, dezinfeksiya, deratizasiya tədbirlərinin həyata keçirilmədiyi, qablaşdırılmanın düzgün aparılmadığı, pendirin antisanitar şəraitdə hazırlandıqdan sonra hisə verilərək satışa çıxarıldığı aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

İnterpress.az