SEPAH İraqdan ABŞ qoşunlarının çıxarılmasını “tarixi qələbə” adlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
SEPAK ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını şərh edərək İraq xalqını və “müqavimət oxu”nu “tarixi qələbə” münasibətilə təbrik edib.
Bəyanatda ABŞ hərbi mövcudluğunun Yaxın Şərqdəki qeyri-sabitliyin əsas səbəbi olduğu iddia edilib və Amerika qüvvələrinin regionun digər ölkələrindən də çıxarılması tələb olunub.
ABŞ qoşunlarının İraqdan çıxarılması sentyabrın 30-da başa çatıb. Vaşinqton bununla İraqda İŞİD-ə qarşı “Inherent Resolve” əməliyyatının hərbi missiyasını başa çatdırdığını açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az






