Tayvan Çinlə gərginlik fonunda Sahil Mühafizəsini GÜCLƏNDİRİRbackend

Tayvan Çinlə gərginlik fonunda Sahil Mühafizəsini GÜCLƏNDİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvanda donanma və Sahil Mühafizəsi arasında koordinasiya artırılır.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Tayvan Prezidenti Lay Çinq-de Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisinin müavini Yuan Şenxuanın Sahil Mühafizəsinin rəhbər müavini vəzifəsinə keçirildiyini açıqlayıb.

Qərarın Çinlə bağlı artan dəniz fəallığı fonunda Hərbi Dəniz Qüvvələri ilə Sahil Mühafizəsi arasında koordinasiyanı gücləndirmək məqsədi daşıdığı bildirilib.

Tayvan Sahil Mühafizəsini mümkün münaqişə zamanı donanmaya dəstək verə biləcək “ikinci donanma” kimi nəzərdən keçirir.

Sentyabrda Sahil Mühafizəsinin yeni gəmilərindən biri təlim zamanı ilk dəfə yerüstü hədəfə qarşı raket buraxıb.

Avqustda isə qurum Hərbi Dəniz Qüvvələri ilə birlikdə dəniz blokadasına qarşı təlimlərdə iştirak edib.

Xuraman Etibarlı

İnterpress.az