Mobil telefon keçirmək istədi, yaxalandı – FOTObackend

Mobil telefon keçirmək istədi, yaxalandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Penitensiar xidmətınin ictimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az-a verilən məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263.1.3 maddəsinə əsasən 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orxan İlqar oğlu Kazımovun yanına qısamüddətli görüşə gəlmiş qohumu, Bakı şəhər sakini Marqarita Ramizovna Rəhimovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman ayağında gizlətdiyi 1 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” və 1 ədəd “Sim” danışıq kartı və 2 ədəd elektrik qidalandırıcısının ucluğu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az