İnterpress.az xarici mətbuata istinadən bildirir ki, bunu ölkənin baş naziri Şinzo Abe deyib. Baş nazirin sözlərinə görə, hazırda girovu İordaniya həbsxanasında saxlanılan qadın terrorçu ilə dəyişdirmək imkanları nəzərdən keçirilir. Bunun üçün İordaniya ilə danışıqların aparıldığını deyən baş nazir anlaşma əldə ediləcəyinə inandığını vurğulayıb.
Yaponiyanı belə bir anlaşmaya sövq edən səbəb İŞİD-in girovlardan birinin başının kəsilməsini göstərən görüntünü yayması olub. İŞİD 200 milyon dollar ödənməyəcəyi təqdirdə ikinci girovu da öldürəcəyini bəyan edib.
İnterpress.az