Bakıda “Si Cinpinin yeni dövr Çin səciyyəvi sosializm ideyası” mövzusunda konfrans keçirilibbackend

Bakıda “Si Cinpinin yeni dövr Çin səciyyəvi sosializm ideyası” mövzusunda konfrans keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, konfransda çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanla Çin arasında əlaqələrin inkişafından danışıb. O qeyd edib ki, Çin Azərbaycana tərəfdaş, dost ölkədir. Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bu əlaqələrin inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlər, tərəflər arasında imzalanan sənədlər mühüm rol oynayır.

YAP icra katibinin müavini bildirib ki, Çin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. 1990-cı illərin əvvəlindən Çin ilə Azərbaycan arasında diplomatik münasibətlər yaranıb. İki ölkə arasında qarşılıqlı səfərlər müxtəlif sənədlərin imzalanması ilə nəticələnib və həmin sənədlər əsasında əməkdaşlıq güclənir. Çin ilə Azərbaycan strateji tərəfdaşlardır. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Çin Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib və bu mövqe dəyişməz qalıb.

M.Qurbanlı Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası, eləcə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. O, Azərbaycan ilə Çin arasındakı dostluq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın inkişafına zəmin yaratdığını qeyd edib. Dövlət Komitəsinin sədri Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsinin də dünyanın marağında olduğunu söyləyib.

Çıxış edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao bildirib ki, Çinlə Azərbaycanın əlaqələri yüksək səviyyədədir. Bu da xalqlar arasında münasibətlərə müsbət təsir göstərir.

Sun Tao qeyd edib ki, Çin əvvəlki dövrlərdən fərqli olaraq yoxsulluq problemini həll edib. Ötən 70 il ərzində Çin böyük inkişaf yolu keçib. Çində bir çox sahələr, o cümlədən maşınqayırma, sənaye sahəsi inkişaf edib. Çin beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib. O, Çin Kommunist Partiyasının Yeni Azərbaycan Partiyası ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında iki ölkə arasındakı əməkdaşlıq mühitindən danışıb. O vurğulayıb ki, Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi böyük kommunikasiya, siyasi, iqtisadi, mədəni, ən əsası, inqilabi bir layihədir. Azərbaycan bu layihənin həyata keçirilməsini dəstəkləyən ilk dövlətlərdən biridir. Çindən Avropaya gedən yolda Ələt Beynəlxalq Dəniz Ticarət Limanı vacib rol oynayacaq. Bu yaxınlarda Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ələt limanın əhəmiyyətini vurğulayıb. Deputat Azərbaycanla Çin arasında münasibətlərin inkişafının hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd edib.

Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov da Azərbaycan-Çin əlaqələrinin əhəmiyyətindən danışıblar.

İnterpress.az