Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, yanvar-iyun aylarında nazir müavinləri və Aparat rəhbəri tərəfindən isə 337 vətəndaşın qəbulu həyata keçirilib.
Eyni zamanda, bölgələrdə keçirilən vətəndaş qəbulları zamanı qəbula yazılmayan, lakin qəbula gələn 232 vətəndaş da nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilib.
Cari ilin 6 ayında nazirliyin inzibati binasındakı qəbul otağına müraciət edənlərin sayı 14421 nəfər təşkil edib. Nazirliyin 142 – Çağrı mərkəzi tərəfindən isə 127 253 vətəndaş müraciəti cavablandırılıb.
Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.
İnterpress.az






